Pensiyaçılara ŞAD XƏBƏR

 21:10 26.02.2020     2019

Artıq bütün pensiyaçılar pensiya kartları üzrə daxilolmalar barədə məlumatları pulsuz əldə etmək üçün "SMS xəbərdarlıq" xidmətindən faydalana bilərlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov Trend-ə deyib ki, pensiya hesablarının mövcud oduğu Kapital Bank və Azərbaycan Beynəlxalq Bankı tərəfindən bu xidmət pensiyaçılar üçün pulsuz olaraq təklif olunur:

"Ona görə də hər bir pensiyaçı həmin xidmətə qoşulmaqla, pensiyaları hesablarına köçürülən anda bu barədə "SMS xəbərdarlıq" formasında məlumat əldə edə bilər".