Koronavirusla bağlı banklardakı kreditlər LƏĞV OLUNACAQ? - AÇIQLAMA

 13:36 17.03.2020     1884

Dünya təcrübəsi göstərir ki, koronavirusun geniş yayıldığı ölkələrdə iqtisadiyyatın resesiyaya daxil olmamasının qarşısını almaq məqsədilə müəyyən tədbirlər həyata keçirilir. 

Tanınmış iqtisadçıRəşad Həsənov Redaktor.az-a açıqlamsında bildirib ki, Azərbaycanda da bənzər addımların atılması zəruridir:

“Virusun ümumi iqtisadiyyata təsiri damino effekti daşıyır. Bütün aralıq istehlakın əhatə olunduğu digər dəyər zənciri halqalarında da bənzər proses davam etməkdədir. Müəsissələrin banklar qarşısında öhdəliklərini yerinə yetirə bilməməsi kimi bir situasiyası ilə üz-üzəyik. Bu da bank sektoruna çox ciddi təhlükə yarada biləcək amillərdən biridir. Hökumət  bu istiqamətdə müəyyən bir mövqe ortaya qoya bilər. Kreditlərin müəyyən müddət üzrə dondurulması və yaxud da alternativ yardım məqsədilə, birbaşa maliyyə dəstəyinin verilməsi həyata keçirilə bilər”            .

İqtisadçı qeyd edib ki, digər problem sabit xərclərlə bağlıdır. Sabit xərclərə müəsissələrin işçilərinə ödədiyi xərclər, icarə haqları, müəyyən vergi növləri kimi öhdəliklər daxildir:

“Bu cür sabit xərclərin müəyyən dövr üçün ləğv edilməsi və yaxud da dayandırılması indiki halda müsbət məqamlardan biri hesab oluna bilər. Həmçinin, sanksiya və cərimələrin ən azı 1 il müddətində dondurulması ilə bağlı qərarın qəbul edilməsi yaxşı olar. Kommunal xidmətlərlə bağlı müəyyən güzəştlər sənayeyə tətbiq edilə bilər. Belə ki, indiki iqtisadi proseslərin zərəri kifayət qədər böyükdür. Təxminən 1 illik kommunal güzəştlərin verilməsi, növbəti aylarda həmin müəsissələrin maliyyə vəziyyətini bərpa etməsi üçün müəyyən qədər dəstək rolunu oynaya bilər”.

Sevda Ulutau / Redaktor.az