Neft yenidən bahalaşıb

 09:23 18.03.2020     1277

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin may müqaviləsinin dəyəri 1,08% artaraq 1 barelə görə 29,04 dollar təşkil edib.

Redaktor.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında apreldə ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,07% artaraq 26,97 dollar təşkil edib.