Koronavirus

Azərbaycan nefti ucuzlaşır

 11:06 18.03.2020     1093

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 17-də 29,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,2 dollar/barel azdır.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 27,07 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,38 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 20,97 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,44 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 27,8 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,15 dollar/barel azdır. // Trend