Mərkəzi Bank Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi

 18:23 24.03.2020     898

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli tarixli fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min manat məbləğində vəsait köçürülməsi barədə qərar qəbul edib və vəsait köçürülüb.

Bu barədə Redaktor.az-a Mərkəzi Bankdan bildirilib.

Məlumata görə, eyni zamanda Mərkəzi Bankın sədri Elman Rüstəmov bir aylıq əməkhaqqını da fonda ianə edib.