Neft yenidən bahalaşıb

 10:14 27.03.2020     1201

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin may müqaviləsinin dəyəri 0,57% artaraq 1 barelə görə 26,49 dollar təşkil edib.

Redaktor.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında mayda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 1,68% artaraq 22,98 dollar təşkil edib.