Azərbaycan 517 min dollarlıq maye qaz ixrac edib

 13:39 28.03.2020     1335

Bu ilin yanvarında Azərbaycan 2 220,8 ton maye qaz ixrac edib ki, bu da 2019-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 64,4% azdır.

Dövlət Statistika Komitəsindən Redaktor.az-a verilən məlumata görə, yanvar ayında ixrac edilən maye qazın dəyəri 517,4 min ABŞ dolları təşkil edib ki, bu da illik ifadədə 52,3%-lik azalma deməkdir.

Xatırladaq ki, ötən il Azərbaycan 52 926,9 ton maye qaz ixrac edib ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 35,2% azdır. 2019-cu ildə ixrac edilən maye qazın dəyəri 12 122,1 min ABŞ dolları təşkil edib ki, bu da illik ifadədə 20,9%-lik azalma deməkdir. //APA