Neft yenidən ucuzlaşıb

 09:18 30.03.2020     1237

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin may müqaviləsinin dəyəri 4,62% azalaraq 1 barelə görə 26,66 dollar təşkil edib.

Redaktor.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında mayda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 4,93% azalaraq 20,45 dollar təşkil edib.