Dünya bazarlarında neft və təbii qaz BAHALAŞIB

 09:21 31.03.2020     424

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin may müqaviləsinin dəyəri 1,40% artaraq 1 barelə görə 26,79 dollar təşkil edib.

Redaktor.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında mayda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 4,63% artaraq 21,02 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

Mayda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 1,24% artaraq 1,71 ABŞ dolları təşkil edib.