Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə gəlirlər açıqlandı

 17:11 01.04.2020     3440

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu il aprelin 1-nə "Azəri-Çıraq-Günəşli" (AÇQ) yatağı və Şahdəniz üzrə gəlirləri açıqlayıb.

Fonddan Redaktor.az-a verilən məlumata görə, AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər 1 671 milyon dollar təşkil edib.

O cümlədən, bu ilin yanvarın 1-dən aprelin 1-nə qədər Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 100 milyon dollar təşkil edib.

Şahdəniz yatağı üzrə 2007-ci ildən bu ilin martına qədər qazın satışından əldə olunan ümumi gəlirlər 2 834 milyon dollar olub. //APA