Koronavirus daha bir təhülkə yaradıb - ƏRZAQ QITLIĞI, ACLIQ...

 14:23 04.04.2020     4542

Beynəlxalq Ticarət Təşkilatı və Birləşmiş Millətlər Təşkilatı (BMT) koronavirus səbəbiylə dünyada qida çatışmazlığının yarana biləcəyini açıqlayıb. 

Redaktor.az-ın məlumatına görə, ortaq yazılı açıqlamada bildirilib ki, qida məhsullarının mövcudluğu ilə bağlı qeyri-müəyyənliklər ixraca qoyulan məhdudiyyətlər dalğasına səbəb ola bilər. Bu, dünyada ərzaq çatışmazlığı yaradacaq.

Bəyanatı BMT-nin Qida və Kənd Təsərrüfatı üzrə məsul işçisi çinli Qu Dongyu, Ümumdünya Səhiyyə Təşkilatının direktoru Tedros Adhanom Qebreyesus və Dünya Ticarət Təşkilatının rəsmisi braziliyalı Roberto Azevedo imzalayıb.

Təşkilatlar qida çatışmazlığı riskini aradan qaldırmaq üçün ticarətin bütün dünyada davam etməsinin vacibliyini qeyd ediblər. 

Sevda Ulutau / Redaktor.az