SOCAR tender elan edib

 10:12 03.04.2020     1876

SOCAR-ın Metanol zavodu azot  istehsalı qurğusunun kompressoru və generatoruna aid ehtiyat hissələrinə olan tələbatını təmin etmək məqsədilə açıq satınalma müsabiqəsi üzrə son müraciət tarixi və müsabiqə tarixinin uzadılmasını elan edir.

Redaktor.az xəbər verir ki, müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 27 aprel 2020-ci il, saat 17:00-dək Azərbaycan və ya rus dillərində satınalan təşkilatın ünvanında təqdim olunmalıdır.

Tender üzrə göstərilmiş tarixdən gec edilmiş ödəniş və müraciətlərə baxılmayacaq.

Elan və satınalma predmetləri haqqında geniş məlumatı və əsas şərtlər toplusunu bu keçiddən əldə edə bilərsiniz. //Oxu.az