DİQQƏT: Əhalinin bu hissəsi pul ala bilməyəcək - AÇIQLAMA

 16:02 03.04.2020     1535

"Təqdim olunan proqramlar yalnız biznesə və legal əmək bazarının içtirakçılarının hansısa formada müdafiəsi xarakteri daşıyır. İşsizlik müavinəti, sosial yardım kimi müdafiə mexanizmlərinin əhatə dairəsinin daha da genişləndirilməsi şərtdir. Bu proqramlar qeyri-legal əmək bazarı iştirakçılarına uyğun deyil".

Bu sözləri Redaktor.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib. O bildirib ki, bu yardımlardan fayadalanmaq üçün faktiki olaraq qanuni əmək bazarının iştirakçısı olmaq, əmək müqaviləsinə sahib olmaq kimi şərtlər var:

"Görünən odur ki, indiki şəraitdə vətəndaşa birbaşa güzəştlər nəzərdə tutulmayıb. Elektrik enerjisinin təchizatı ilə bağlı olan məsələyə gəldikdə, elektrik enerjisinin aylıq limitinin artırılması aşağı qiymətə istehlaka şərait yaradıb. Bu da təxminən bir ailəyə 4 manat aylıq güzəşt deməkdir. Bu, kommunal xidmətlər üzrə kiçik güzəştdir".

İqtisadçı ekspert həmçinin qeyd edib ki, karantin dövründə vətəndaşların bütün kommunal xidmətlərdən, ödəniş haqlarından azad edilməsi onların sabit xərclərinin müəyyən qədər azalmasına və maddi vəziyyətlərinin stabil qalmasına, eyni zamanda həmin insanların karantin şərtlərinə əməl etməsinə müsbət təsir göstərə bilər.

Sevda Ulutau / Redaktor.az