SOCAR ötən il 115 min ton karbamid ixrac edib

 17:55 04.04.2020     2043

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtda inşa olunmuş Karbamid zavodunda 2019-cu ildə 171,2 min ton həcmində məhsul istehsal edilib.

Redaktor.az xəbər verir ki, bu barədə hökumətin hesabatında qeyd edilib.

Məlumata görə, bu həcmin 115 min tonu ixraca yönəldilib.

Qeyd edilib ki, zavodun istehsala başlaması azot gübrəsi idxalına ehtiyacı aradan qaldırıb və bu istiqamətdə ölkənin xarici valyuta xərcləri azalıb.

Qeyd edək ki, Karbamid zavodu 2019-cu il yanvarın 16-da istifadəyə verilib. Zavod il ərzində 435 milyon kubmetr təbii qaz həcmindən xammal kimi istifadə etməklə, 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir.

İstehsal həcminin 70 faizi ixrac üçün nəzərdə tutulur. //Report.az