Neft yenidən ucuzlaşıb

 09:25 06.04.2020     675

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin iyun müqaviləsinin dəyəri 1,99% azalaraq, 1 barelə görə 33,43 dollar təşkil edib.

Redaktor.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında mayda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 3,42% azalaraq 27,37 dollar təşkil edib.