Bu şəxslərə birdəfəlik ödəmə verilməyəcək - Nazir açıqladı

 18:23 07.04.2020     1075

"Sosial şəbəkələrdə 190 manat birdəfəlik ödəmə ilə bağlı qeyri-ciddi məlumatlar paylaşılır".

Redaktor.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazirin sözlərinə görə, birdəfəlik ödəmə kənarda qalan insanlara, ailələrə dəstək verilmə məqsədi ilə ödəniləcək:

"Əgər ailənin bir üzvünün əmək müqaviləsi varsa, o ailədən kimsə birdəfəlik yardım almayacaq. Burada şərtlər məlumdur ki, işsiz şəxslərə verilir. Edilən müraciətlər yoxlanılır. İki gün ərzində qəbul edilən müraciətlərdən 60 faizi haqqı olmayan insanların müraciətidir. Əmək müqaviləsi ilə çalışan, sahibkarlıqla məşğul olanlar, tələbələr birdəfəlik ödəmə ala bilməz”. //Ölke.az