OPEC+ ölkələrinin görüşü ərəfəsində neft bahalaşır

 10:57 08.04.2020     747

OPEC+ ölkələrinin görüşü ərəfəsində dünya bazarlarında neft qiymətləri artır.

Redaktor.az-ın məlumatına görə, səhər saatlarında “Brent” markalı nefti iyun fyuçersləri 2,51 faiz artaraq 32,67 dolar/barel təşkil edib.

WTI markalı neftin may fyuçersləri 5,76 faiz bahalaşıb və 24,99 dolar/barelə çatıb.

Qeyd edək ki, OPEC+ nazirlərinin görüşü aprelin 9-da videokonfrans formatında keçiriləcək.

Mütəxəssislər görüş zamanı neft hasilatının azaldılması məsələsinin müzakirə olunacağını bildirir.