DGK xətti ilə büdcə daxilolmaları azalıb

 13:38 08.04.2020     1119

Bu ilin yanvar-mart ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 991 023,4‬ min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2% azdır.

Redaktor.az-ın DGK-yə istinadən verdiyi məlumata görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 13,4% artaraq 257 807,9‬ min manat təşkil edib.

ƏDV üzrə daxilolmalar isə 1,24% azalaraq 691 222,1 min manata bərabər olub. Aksizlər üzrə cari ilin ilk üç ayı ərzində daxilolmalar 59,3% azalaraq 31 365,5‬ min manat təşkil edib. Yol vergisi üzrə daxilolmaların həcmi 10 627,9 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 8,1% çoxdur.