Əhalinin banklara kredit borcu ilə bağlı VACİB XƏBƏR - Az öncə açıqlandı...

 18:44 08.04.2020     1291

"İşsizlərə 190 AZN ödənəcək. Bu aprelin 20-sinə qədər nəzərdə tutulub.  Həmçinin, işsiz şəxslərin övladları ödənişli təhsil alırsa, onların təhsil haqqına dəstək göstəriləcək".

Redaktor.az xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında hökumət rəsmisi İbrahim Məmmədov qeyd edib.

O, bank kreditlərinə güzəştlə bağlı suala cavab olaraq bildirib ki, tədbirlər planında pandemiya ilə əlaqədar yaranmış vəziyyətdə maaş almayan şəxslərə yardım nəzərədə tutulub:

 “Həmçinin kiçik və orta sahibkarlığa da yardımlar nəzərdə tutulur. Bütün bu tədbirlər də elə kredit ödəyənlərə köməklik deməkdir”.

Sevda Ulutau / Redaktor.az