"Az-Granata" onlayn satışa başladı - FOTOLAR

 17:45 09.04.2020     2377

COVID-19 virusu səbəbindən tətbiq edilən karantin günlərində "Az-Granata" müştərilərin evdə qalmasına dəstək olmaq məqsədilə onlayn satış xidmətinə başlayıb. Bu xidmət sayəsində insanlar evdən çıxmadan, sevdikləri istənilən çeşiddə  "Az-Granata" məhsulunu sifariş verərək, rahatlıqla evdə əldə edə biləcəklər. 

Redaktor.az xəbər verir ki, online satışlar yeni fəaliyyətə başlamış “OrderHub” şirkəti tərəfindən həyata keçiləcəkr. Onlayn xidmətə premium şərab - "Az-Granata" şərabları ilə start verilsə də, müştərilər sevdikləri digər məhsulları da (050) 420 70 07 nömrəsi vasitəsilə sifariş edə bilərlər.

Bununla yanaşı, bu çətin zamanda insanlara dəstək üçün Səhiyyə Nazirliyinin tələbi ilə “Az-Granata MMC” şirkəti tibbi spirt istehsalına da başlayıb. "Az-Granata" brendi ilə istehsal edilən tibbi spirtləri 70% və 95% etil spirti olmaqla aptek və "Az-Granata" Firma Mağazalarından əldə etmək mümkündür.

Qeyd edək ki, online çatdırılma xidmətinə tibbi spirt məhsulları da daxil edilib. 

Evlərə çatdırılma ilə bağlı ətraflı məlumatı şirkətin sosial media səhifələridən də əldə edə bilərsiz:

Facebook: https://www.facebook.com/azgranata/

Instagram: https://www.instagram.com/azgranata/

22222