Azərbaycanda qızıl və gümüş bahalaşıb

 10:28 10.04.2020     1436

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Redaktor.az-ın məlumatına görə, aprelin 10-da qızılın qiyməti aprelin 9-u ilə müqayisədə 69,683 manat artaraq 1 unsiya üçün 2872,49 manat təşkil edib.

Gümüş 0,6403 manat bahalaşaraq 1 unsiya üçün 26,2491 manata bərabər olub.

Platinin qiyməti 27,438 manat artaraq 1275,4845 manat, palladiumun qiyməti 59,483 manat azalaraq 3665,778 manat təşkil edib.