Depozit hərracının nəticələri açıqlanıb

 13:22 18.05.2020     693

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilmiş depozit hərracının nəticələri açıqlanıb.

Redaktor.az-ın məlumatına görə, mayın 18-də Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 322,5 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,76% təşkil edib.

Nəticədə, hərrac zamanı AMB 200 mln. manat vəsait cəlb edib.