Mərkəzi Bank dollarla bağlı açıqlama yaydı

Bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Mərkəzi Bankdan Redaktor.az-a verilən məlumta görə, ABŞ dollarına tələb mayın 14-nə nisbətən 0,8 milyon ABŞ dolları və yaxud təxminən 1,46% artaraq 55,5 milyon ABŞ dolları təşkil edib. Bununla belə, tələb tam ödənilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.