Sahibkarlığın İnkişafı Fonduna 35 milyon manat ayrılıb

 18:25 21.05.2020     618

İqtisadiyyat Nazirliyinə məxsus Sahibkarlığın İnkişafı Fonduna sahibkarlıq subyektlərinə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması məqsədilə 35 milyon manat ayrılıb. 

Redaktor.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Mais Priyev məlumat verib.

Onun sözlərinə görə, ümumilikdə, qeyd edilən istiqamətlər üzrə nazirliyin sifarişləri əsasında 159,8 milyon manat vəsait ödənilib. //Report.az