Azərbaycan pambıq ixracını artırmaq niyyətindədir

 20:30 31.05.2020     713

Bu ilin əvvəlindən Azərbaycan pambığı əsasən Türkiyəyə ixrac edilib.

Bunu Redaktor.az-a “Azərbayca Sənaye Korporasiyası”nın Aqrar istehsal və ticarət departamentinin direktoru İlham Bayramov deyib.

Onun sözlərinə görə, Rusiyadan müəyyən təkliflər var və gələcəkdə bu istiqamətdə pambıq ixracı planlaşdırılır.

Direktor bildirib ki, bu günədək Türkiyəyə 10 min 354 ton pambıq lifi ixrac edilib. 2019-cu il ərzində Türkiyəyə pambıq ixracından əldə edilən gəlir 13 milyon 955 min 371 dollara bərabər olub:

“Bu il ting əkini ləngiyib və aprelin 15-də başlayıb. Bunun səbəbi soyuq və yağışlı hava ilə əlaqədar torpaqda zəruri temperaturun olmaması olub. Əkin mayın 25-də 29 min hektar torpağın 28 min 35 hektarında, yəni nəzərdə tutulan sahənin 96,7 faizində başa çatdırılıb”.