ARDNF may ayında valyuta satışını azaldıb

 10:29 01.06.2020     544

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən cari ilin may ayında satılan vəsaitin həcmi açıqlanıb.

ARDNF-dən Redaktor.az-a verilən məlumata görə, 2020-ci ilin may ayı ərzində ARDNF tərəfindən 334 mln. ABŞ dolları məbləğində vəsait satılıb. Bu, cari ilin aprel ayı ilə müqayisədə 37,1%, ötən ilin may ayı ilə müqayisədə isə 5,2% azdır.

"APA-Economics"in apardığı hesablamalara görə, bu ilin yanvar-may aylarında ARDNF tərəfindən 3 637 mln. dollar məbləğində vəsait satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 56,2% çoxdur.

Qeyd edək ki, ARDNF tərəfindən 2019-cu ilin yanvar-may aylarında 2 327,7 mln. ABŞ dolları məbləğində valyuta satıb.