Azərbaycan qızıl ixracından gəlirlərini artırıb

 12:23 01.06.2020     578

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 43,7 mln. ABŞ dolları dəyərində qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda) ixrac edib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 1,4% çoxdur.

Bu barədə Redaktor.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən xəbər verir.

Məlumata görə, 2019-cu ilin yanvar-aprel Azərbaycan 43,1 mln. dollar dəyərində qızıl ixrac edib.Qeyd edək ki, ötən il Azərbaycan 172,4 mln. dollar dəyərində qızıl ixrac edib ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 46,1% çoxdur.