Azərbaycanda POS-terminalların sayı 20 faiz azalıb

 13:58 01.06.2020     771

Azərbaycanda POS-terminalların sayı aprel ayı ərzində 14 min 459 vahid və ya 20% azalaraq mayın 1-nə 56 min 668 ədəd təşkil edib.

Redaktor.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata əsasən, POS-terminalların 36 min 311 ədədi və ya 64%-i Bakıda, 20 min 357 ədədi və ya 36%-i isə regionlarda quraşdırılıb.

Hesabat ayında bankomatların sayında da azalma müşahidə olunub. Belə ki, ölkədə quraşdırılmış bankomatların sayı aprel ayı ərzində 41 ədəd və ya 1,5% azalıb.

Qeyd edək ki, ilin əvvli ilə müqayisədə bankomatların sayında 11 ədəd, POS-terminallar üzrə isə 10 min 800 ədəd azalma olub. //APA