Azərbaycanda 1, 5 və 50 manatlıq pul nişanları yenilənir - SON DƏQİQƏ

 16:29 01.06.2020     746

2019-cu ildə Azərbaycan Mərkəzi Bankı (AMB) dövriyyədən 7,7 milyard manatlıq 423 milyon ədəd pul nişanını çıxarıb, əvəzində 9,7 milyard manatlıq 507 milyon ədəd pul nişanını dövriyyəyə buraxıb.

Redaktor.az xəbər verir ki, bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, ümumilikdə ötən il tədavüldə olan nağd pul kütləsi 24,4% (2 milyard manat və yaxud 83,7 milyon ədəd) artaraq hesabat dövrünün sonuna 10,4 milyard manat təşkil etmişdir. 2019-cu ilin sonuna AMB-nin nağd pul üzrə strateji ehtiyatları 19,6 milyard manat təşkil edib.

İqtisadiyyatın 2021-ci ilin sonunadək nağd pulun strukturuna olan tələbatını tam ödəmək məqsədilə 2019-cu ildə yenilənmiş dizayna və mühafizə sisteminə malik 10 manatlıq (400 milyon manat) və 1, 3 və 5 qəpiklik (1,7 milyon manat) istehsal olunaraq ölkəyə gətirilib, 1, 5 və 50 manatlıq pul nişanlarının (3 360 milyon manat) istehsalı prosesləri isə davam edir.