Arıçılara 5 mln manatdan çox subsidiya veriləcək

 14:05 10.06.2020     831

Kənd Təsərrüfatı Nazirliyinin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) 2020-ci il üzrə ölkədə 22 670 arıçı qeydiyyatdan keçib.

Redaktor.az xəbər verir ki, bu, arıçılar 22 min 781 arı təsərrüfatına sahib olmaqla 23 min 52 arı ailəsinə qulluq göstərirlər. Ümumilikdə, 506 min 944 arı pətəyi qeydiyyata alınıb. Ən çox arıçı, arı təsərrüfatı və pətək sayı Balakən rayonunda qeydə alınıb. Bu rayonda 1104 arı təsərrüfatında 32 min 273 arı pətəyi saxlanılır. Arıçıların sayına görə isə Zaqatala rayonu 1349 arıçı ilə ölkədə bu təsərrüfat fəaliyyətinə ən çox marağı olan rayon kimi qeyd olunub. Ağsu, Tovuz, Lerik, Qax rayonları da təsərrüfatların sayı ilə öndədir.

Arıçıların saxlamağa üstünlük verdiyi əsas arı cinsi Bozdağ Qafqaz cinsidir. Ölkə üzrə 395 mi 90 ədəd bu cinsdən olan arı ailəsi qeydə alınıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli Fərmanı ilə təsdiqlənmiş Subsidiya Qaydalarına görə, 1 arı ailəsinə görə 10 manat subsidiya ödənilir.