Dolların sabahkı məzənnəsi açıqlanıb

 18:07 10.06.2020     730

Azərbaycan Mərkəzi Bankı (AMB) dolların iyunun 11-nə olan məzənnəsini açıqlayıb.

Redaktor.az AMB-yə istinadən verdiyi məlumata görə, 11.06.2020-ci il tarixindən etibarən Mərkəzi Bank tərəfindən ABŞ dollarının manata qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.