Dollarla bağlı qərar verildi

 22:39 10.06.2020     762

ABŞ-ın mərkəzi bankı funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0-0,25 faiz saxlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə maliyyə tənzimçisinin xəbərində deyilir.

“İctimai səhiyyənin davam edən böhranı ən yaxın perspektivdə iqtisadi fəallığa, məşğulluğa və inflyasiyaya əhəmiyyətli dərəcədə təsir edəcək və orta müddətli perspektivdə iqtisadi perspektivlər üçün əhəmiyyətli risklər yaradır. Bu hadisələri nəzərə alaraq komitə federal fondlar üzrə payın məqsədli diapazonu səviyyəsini 0-0,25% saxlamağa qərar verib", - tənzimçinin saytındakı xəbərdə deyilir.

Qeyd edək ki, FED 2020-ci ildə ABŞ-da işsizlik üzrə proqnozu 3,5%-dən 9,3%-ə qədər, 2021-ci ildə - 3,6%-dən 6,5%-ə qədər artırıb. / Report