ABŞ-da azalacağı gözlənilən neft ehtiyatları rekord həddə artıb

 05:08 11.06.2020     718

ABŞ-da neftin kommersiya ehtiyatları ötən həftə ərzində 5,72 milyon barel artaraq 5 iyun tarixində 538,07 milyon barelə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi məlumat yayıb.

“Bloomberg” xəbər verir ki, ekspertlər ehtiyatların 1,85 milyon barel azalacağını gözləyirmişlər.

ABŞ Enerji Məlumatları Administrasiyasına (EİA) görə, eyni müddət ərzində ölkədə neft hasilatı 100 min barel azalıb. Mart ayının ortalarından mayın 30-dək hasilatın həcmi 2 milyon barel azalaraq 11,1 milyon barelədək geriləmişdi. O cümlədən 28 mart – 3 aprel müddətində hasilatın həcmi 600 min barel azalmışdı ki, bu da 2019-cu ilin iyul ayından sonrakı dövrdə ən kəskin azalmadır.