Mərkəzi Bankdan dollarla bağlı açıqlama - Azərbaycan

 13:10 11.06.2020     832

Bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Mərkəzi Bankdan Redaktor.az-a verilən məlumata görə, ABŞ dollarına tələb iyunun 9-na nisbətən 12 milyon ABŞ dolları və yaxud təxminən 22,8% azalaraq 40,7 milyon ABŞ dolları təşkil edib. Mərkəzi Bank bildirib ki, tələb tam ödənilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.