İraq ABŞ, Asiya və Avropa üçün neftin qiymətini qaldırdı

 21:28 11.06.2020     740

İraq iyul ayında ABŞ, Asiya və Avropa bazarlarına ixrac edəcəyi neftin qiymətini qaldırıb.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Neft Nazirliyi məlumat yayıb. 

Belə ki, OPEC-in ikinci böyük istehsalçı ölkəsi “Basrah Light” markalı neftin qiymətini Asiya bazarı üçün 5,8 ABŞ dolları bahalaşdırıb. Bu da 2003-cü ildən bu yana ən kəskin bahalaşmadır. 

Eyni zamanda “Basrah Heavy” markalı neftin Asiya bazarındakı qiyməti də 5,6 dollar qaldırılıb. Həmçinin Avropa bazarları üçün qiymətlər 4,5 ABŞ dolları, ABB bazarı üçün isə 0,7 ABŞ dolları bahalaşdırılıb.