Azərbaycan OPEC+ çərçivəsində öhdəliyini kompensasiya edəcək

 23:29 11.06.2020     713

Azərbaycan hasilatın azaldılması ilə bağlı OPEC+ sazişi çərçivəsində may ayında üzərinə götürdüyü öhdəliyi 98 faiz səviyyəsində yerinə yetirib. Bu, çox yüksək fəaliyyət göstəricisidir.

Redaktor.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkil etdiyi “Post-COVID-19 dövründə enerji məsələləri” adlı vebinarda Azərbaycanın Energetika naziri Pərviz Şahbazov qeyd edib.

O bildirib ki, növbəti ay ərzində əlavə olaraq neft hasilatının təxminən 2 500 barel azaldılması və 2%-in kompensasiya edilməsi planlaşdırılır.

Nazir bildirib ki, Azərbaycan hər zaman öhdəliklərinə sadiqdir və xüsusilə OPEC+ bəyannaməsi çərçivəsində irəli gələn öhdəlikləri ciddi qəbul edib: “Azərbaycan əvvəl də öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirib və hər zaman ciddi qəbul edib”.

P.Şahbazov qeyd edib ki, Azərbaycan əvvəllər də öhdəlikləri artıqlaması ilə yerinə yetirilib: “Bu, tarixdə ən böyük hasilatın azaldılması ilə səciyyələnib və OPEC+ sazişi çərçivəsində Azərbaycanın üzərinə düşən azalma həcmi əvvəlki öhdəliklərdən çox idi. Azərbaycan bu ilin may, iyun və  iyul aylarındakıa öhdəliklərini tam yerinə yetirəcək”.