Fatih Dönmez: TAP-ın dəniz hissəsi tamamlanıb

 05:04 13.06.2020     950

Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez Cənub Qaz Dəhlizinin son hissəsi olan Trans-Adriatik qaz boru kəmərinin (TAP) dəniz hissəsinin tamamlandığını bildirib.

Redaktor.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Dönmez şəxsi "Twitter" hesabındakı paylaşmasında bildirib:

"Noyabr ayında Türkiyə hissəsini Trans-Anadolu qaz kəməri (TANAP) layihəsilə tamamladığımız Cənub Qaz Koridorunun son hissəsi TAP-ın dəniz hissəsi başa çatdı. Enerjidə mərkəz ölkə rolumuzu gücləndirəcək nəhəng layihə, Avropa enerji tələbi təhlükəsizliyinə töhfə verəcək".