“Kitabxanalarda biblioqrafik arayışların yerinə yetirilməsi” - Metodik vəsait

Kitabxana-informasiya fəaliyyətinin əsas obyekti informasiya məhsulu və onun əsasında həyata keçirilən informasiya xidmətidir. Fəaliyyətin əsas məzmunu oxucunun biblioqrafik sorğusunu müvəffəqiyyətlə yerinə yetirməkdir. Soraq-biblioqrafiya xidməti (SBX) tələbatçının sorğusunun qəbul edilməsi və ona lazımi cavabın verilməsi həyata keçirilir.
Redaktor.az xəbər verir ki, Respublika Gənclər Kitabxanası tərəfindən təqdim olunan “Kitabxanalarda biblioqrafik arayışların yerinə yetirilməsi” adlı metodik vəsait kitabxanada həyata keçirilən biblioqrafik fəaliyyətin istiqamətlərindən birinə - oxucu sorğuları və onlara - birdəfəlik cavab, biblioqrafik arayışlar haqqında məlumat verməyə istiqamətlənmişdir. Bu məlumat uzun illər mütəxəssis təcrübəsini və sorğunu yerinə yetirmək strategiyasının, analizinin məhsuludur. Biblioqrafik fəaliyyətin göstəricisi olan sorğuya cavab bütün tədqiqat və axtarış materiallarına əsaslanaraq sənədin kitabxanada olub-olmaması və ya onun yeri haqqında, müəyyən mövzu üzrə biblioqrafik informasiyanın məzmunu haqqında, sorğuda göstərilməmiş və ya təhrif edilmiş biblioqrafik təsvir elementləri haqqında operativ və keyfiyyətli informasiyadır. Vəsaitdə uzaq məsafədən daxil olmaq imkanı verən yeni biblioqrafik xidmət olan “Virtual arayış” haqqında məlumat verilir və biblioqrafik xidmətin inkişafına təkan verildiyi göstərilir. Virtual xidmət intellektual bir prosesdir. Bu proses zamanı oxucuya xidmətdə sosial şəbəkədən istifadə xidmətin daha keyfiyyətli olması üçün şərait yaradır. Vəsaitdə biblioqrafik və faktoqrafik sorğuların növləri tədqiqat obyektinə çevrilmişdir. Hazırlanan materialda kitabxanada işin keyfiyyətini yüksəltmək üçün arayışların yerinə yetirilməsi metodikası, arayışların kitabxanada statistikası, arayışlar bazasının yaradılması haqqında tövsiyələr öz əksini tapmışdır.
“Kitabxanalarda biblioqrafik arayışların yerinə yetirilməsi” adlı metodik vəsaitlə http://ryl.az/files/kitabxanalarda_biblioqrafik_arayislarin_yerine_yetirilmesi.pdflinkı vasitəsilə tanış ola bilərsiniz.