Nazir: Məktəblərdə şagird davamiyyəti 80 faizə qədərdir

 20:16 29.03.2021     564

"Bu gün ümumi təhsil müəssisələrinin 98.4 faizində tədris ənənəvi üsul ilə təşkil edildi".

Redaktor.az-ın xəbərinə görə, bunu təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsində qeyd edib.

O bildirib ki, məktəblərdə şagird davamiyyəti 80 faizə qədərdir:

"Bu günədək yaşı 50-dən yuxarı olan müəllim və texniki heyətin 50 faizdən çoxu peyvənd olunub və proses davam edir. Təhsilin ənənəvi formada davamlılığını qorumağımız üçün şəxsi gigiyena qaydalarına riayət etməyimiz ən vacib amildir".