Reyhan Camalova təhsil alacağı universiteti AÇIQLADI

Azərbaycanın gənc ixtiraçısı dünyada kifayət qədər tanınan “Rainergy” startapının təsisçilərindən olan Reyhan Camalova təhsil alacağı universiteti açıqlayıb.
Redaktor.az bildirir ki, bu barədə Oxu.Az-a o, özü məlumat verib. Onun sözlərinə görə, ABŞ-da təhsil üçün cavab aldığı Pensilvaniya Universitetinin təklifini müsbət qiymətləndirib.
R.Camalova deyir ki, universitetdə Penn Dünya Təqaüdçüsü (Penn World Scholar) kimi təhsil alacaq:
“Böyük ehtimalla dərslərə onlayn qaydada qoşulacağım. Tədris prosesləri sentyabr ayından başlayacaq”.
Xatırladaq ki, R.Camalova təhsil üçün ABŞ-ın dünyaca məşhur universitetlərində qeydiyyatdan keçib və yeddi universitetdən müsbət cavab almışdı.