Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

 18:18 17.07.2021     423

Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Redaktor.az xəbər verir ki, Təhsil Nazirliyinin Lisey, gimnaziya və özəl təhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev bildirib ki, bu il olimpiadanın rayon (şəhər) mərhələsində 28 828 şagird iştirak edib. Onlardan 16 116 nəfəri (56 faiz) qız, 12 712 nəfəri (44 faizi) isə oğlan olub. Olimpiadanın nəticələrinə əsasən, 155 nəfər bürünc, 116 nəfər gümüş, 56 nəfər qızıl olmaqla, ümumilikdə 327 nəfər qalib elan edilib. Hər bir fənn üzrə ən yaxşı nəticə göstərmiş 1 nəfər olmaqla, ümumilikdə 8 şagird “Birincilərin birincisi” nominasiyasına layiq görülüb. 100 qalib qız şagirddir. Qaliblər 45 müxtəlif bölgədən 175 ümumtəhsil müəssisəsinin şagirdidir. Təhsil naziri Emin Əmrullayev qalibləri təbrik edərək Azərbaycanın bütün bölgələrində olimpiadalara hazırlıq prioritet istiqamətlərdən olmalıdır. Tədbirdə Respublika fənn olimpiadalarında hər fənn üzrə ən yüksək nəticə göstərmiş 8 qızıl medalçıya – “Birincilərin birincisi”nə, ümumilikdə olimpiada qaliblərinə mükafatlar təqdim olunub. Qeyd edək ki, olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir. //APA