Respublika Gənclər Kitabxanası esse müsabiqəsi ELAN EDİB

 11:48 26.07.2021     348

Respublika Gənclər Kitabxanası Ali Baş Komandan cənab Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!” şüarını rəhbər tutaraq, 8 noyabr - Zəfər Gününə həsr olunmuş Azərbaycanımızın bütövlüyü uğrunda şərəflə döyüşən və bununla da adını əbədi olaraq şanlı tariximizə yazan qəhrəmanlarımız haqqında esse müsabiqəsinə start verir!

Redaktor.az xəbər verir ki, Müsabiqənin təşkilində əsas məqsəd yeniyetmə və gənclərdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi, Vətənimizin suverenliyi uğrunda canından keçən və bununla da adını qalib Azərbaycanınşanlı tarixinə qızıl hərflərlə yazan qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsindən və onların böyüməkdə olan gəncliyimizə nümunə kimi təqdim olunmasında ibarətdir.

Müsabiqədə iştirak etmək istəyən 16-35 yaşarası gənclər 01 noyabr 2021-ci il tarixinə kimi öz esse nümunələrini [email protected] ünvanına təqdim etməlidirlər. Dəyərli izləyicilər, müəllifi olduqları esseləri kitabxananın İnstagram və Facebook səhifələrində izləyə biləcəklər. Qalib onlayn səs çoxluğu əsasında (“Bəyənmə” sayına görə) müəyyən ediləcək. Qalib iki nəfər seçiləcək və kitabxana tərəfindən diplom və kitab hədiyyəsi ilə mükafatlandırılacaqdır.

Bundan əlavə, kitabxana gələcəkdə toplanan esse nümunələri əsasında böyük həcmli elektron bazanın da yaradılmasını planlaşdırır. Müsabiqənin şərtlərinə əsasən Azərbaycanımızın bütövlüyü, Qarabağ uğrunda gedən müharibədə iştirak edən igid oğullarımız haqqında esse nümunələri, qəhrəmanlar haqqında tarixi faktları və onların həqiqi foto görüntülərini əks etdirməli, yazılmış esselərdə mətn aydın və səlis ifadə edilməli, essenin həcmi 10 səhifədən çox olmamalıdır. Dəyərli izləyicilər, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən həyata keçirilən “VƏTƏN MÜHARİBƏSİNİN TARİX YAZAN QƏHRƏMANLARI” mövzusunda esse müsabiqəsinin şərtləri və əalvə informasiya ilə kitabxananın aşağıda qeyd olunmuş İnstaqram və Facebook səhifələri vasitəsilə tanış ola biləcəklər:

https://instagram.com/c_cabbarli_resp_genc_kitabxana?igshid=nndqfexh28sb

https://www.facebook.com/profile.php?id=100011349961279

2