“Zəfər tarixi” bütün siniflərdə dövlət dilində tədris olunacaq - FOTO

 18:07 02.09.2021     640

2021-2022-ci tədris ilindən tədris olunacaq “Zəfər tarixi” kitabının şəkli paylaşılıb.

Təhsil Nazirliyindən Redaktor.az-a bildirilib ki, 2021-2022-ci tədris ilindən bütün ümumi təhsil müəssisələrinin IX siniflərində “Zəfər tarixi” kursunun tədrisinə başlanılacaq.

“Zəfər tarixi” kursu tədris dilindən asılı olmayaraq, bütün siniflərdə dövlət dilində - Azərbaycan dilində 1 saat tədris olunacaq.