Bakıda 15 direktorun iş yeri dəyişdirildi - SƏBƏBİ İSƏ...

 18:07 03.09.2021     529

2020-2021-ci tədris ili başa çatdıqdan sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 15 ümumi təhsil müəssisəsi direktorunun iş yeri digər ümumi təhsil məktəbinə dəyişdirilib.

Redaktor.az xəbər verir ki, müvafiq qaydalara uyğun olaraq ümumi təhsil müəssisələri direktorlarının yerdəyişməsi davam edən ənənəvi prosesdir.