DİM-dən ali məktəblərin boş qalan plan yerləri ilə bağlı AÇIQLAMA

 13:26 04.09.2021     777

Ali məktəblərin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci sayında dərc ediləcək.

Bu barədə Redaktor.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, həmin yerlərə ixtisas seçimi sentyabrın 6-dan 10-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin, eləcə də orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının kodlarını göstərə bilərlər. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub.