Təhsil Nazirliyi şagirdlərin məktəbdə maska taxıb-taxmamasına AYDINLIQ GƏTİRDİ

 15:26 07.09.2021     1231

Şagirdlərin məktəbdə maska taxması məcburi deyil.

Redaktor.az xəbər verir ki, bu barədə təhsil nazirinin müşaviri Rüstəm Ağayev yeni tədris ilinin təşkili ilə bağlı keçirilən brifinqdə bildirib.

O deyib ki, uşaqların məktəbdə maska taxması yaşından asılı olmayaraq onların valideynlərə buraxılır.

O qeyd edib ki, valideynlər istəsə, övladının maska taxmasını təmin edə bilər: "Bununla bağlı bizim tərəfimizdən hər hansı məcburiyyət yoxdur".