Təhsil naziri yeni əmr imzaladı - DİQQƏT!

 19:40 08.09.2021     1683

Ümumi təhsil müəssisələrinin təmayül siniflərinin 2021-2022-ci tədris ili üçün nümunəvi tədris planları təsdiq edilib.

Redaktor.az xəbər verir ki, bununla bağlı təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, ümumi təhsil müəssisələrinin təmayül siniflərinin 2021-2022-ci tədris ili üçün nümunəvi tədris planları və tədris planlarına dair qeydlər təsdiq edilib.

Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.