Peyvənd olunmayan təhsil işçilərinin siyahısı hazırlandı

 17:49 09.09.2021     559

Sentyabrın 22-dən etibarən əks göstəriş və immun sertifikatı olmayan təhsil işçiləri məktəbə buraxılmayacaq.

Redaktor.az xəbər verir ki, bu barədə təhsil nazirinin müşaviri Rüstəm Ağayev məlumat verib.

Müşavirin sözlərinə görə, artıq təhsil işçilərinin siyahıları hazırlanıb və məktəblərdə ciddi monitorinqlərin keçirilməsi nəzərdə tutulub.

R.Ağayev məktəblərdəki peyvənd məntəqələrinin ləğv edilməsinə də münasibət bildirib:

“Həmin məntəqələrin bərpası istiqamətində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə danışıqlar aparılır. Təhsil işçilərinin vaksinasiyası prosesinin sürətləndirilməsi üçün yaxın günlərdə həmin peyvənd məntəqələrinin yenidən bərpa edilməsi planlaşdırılır”.