Məktəblərdə tətil günlərinə dəyişiklik edildi

 12:44 11.09.2021     575

Ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi üzrə payız tətili günlərindən 16-18 noyabr, qış tətili günlərindən 27, 28 yanvar tarixləri dərs günləri olacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun imzaladığı qərarda əks olunub.

Qərara əsasən, ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələri üzrə, eləcə də təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdə payız tətili günlərindən 16-19 noyabr, qış tətili günlərindən 27, 28 və 31 yanvar tarixləri dərs günləri olacaq.