Azərbaycanda şagirdlərin yerdəyişməsi dayandırıldı

 20:17 12.09.2021     365

Şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu bu gün saat 20:00-dan müvəqqəti olaraq dayandırılır.

Təhsil Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, sorğuların qəbulunun müvəqqəti dayandırılması yeni tədris ili ilə əlaqədar siniflərin komplektləşdirilməsi ilə bağlıdır.

Qeyd edək ki, 16 sentyabr saat 20:00-dan etibarən isə portalda ümumi təhsil müəssisələri tərəfindən sorğuların təsdiqi funksiyası müvəqqəti işləməyəcək.

Elektron yerdəyişmə prosesinin yenidən başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.